“Simurq”la oyun bizim üçün çox vacibdi. Oyuna ciddi hazırlaşmışıq”. Bu sözləri Fanat.az-a açıqlamasında bu gün Zaqatalaya yollanan “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.
Milli üzvü Zaqatala təmsilçisini yenməyin vacibliyini vurğulayıb: “Bu mövsüm “Simurq”u məğlub edə bilməmişik. İstəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibi səfərdə üstələmək bizim üçün çox vacibdi. İnanın ki, hazırda hamımız çempionluqdan çox “Simurq”la oyun haqda düşünürük. Əvvəlki oyunlarımız heç-heçə başa çatdığından meydana çıxıb 90 dəqiqə qələbə üçün çalışmağa həvəsliyik”.
Fanat.az