"Simurq" Antalyada necə hazırlaşır?

"Simurq" Antalyada necə hazırlaşır?

Yanvarın 8-də Antalyaya təlim-məşq toplanışına yollanan "Simurq" Side bölgəsində yerləşən "Sueno" otelində məskunlaşıb. Fanat.az xəbər verir ki, gündə iki dəfə məşqə çıxan Zaqatala təmsilçisinin qış təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. 

Yanvarın 15-nə qədər əsasən fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetiriləcək. İkinci mərhələdə isə taktiki və texniki ağırlıqlı məşqlərə keçiriləcək. Komanda yanvarın 26-da ölkəyə qayıdacaq və hazırlıqları Zaqatalada davam etdirəcək.  

Qeyd edək ki, "Simurq" Antalyaya 22 futbolçu ilə yollanıb:

Qapıçılar: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizli.

Müdafiəçilər: Ruslan Poladov, İlkin Qırtımov, Dilaver Zrnanoviç, Anderson Oliveyra, İdan Vaitzman, Rüstəm Məmmədov, Tural Axundov, Məhərrəm Hüseynov.

Yarımmüdafiəçilər: Taqim Novruzov, Patrik Osiako, Stepan Polyak, Raul Kostin, Nicat Qurbanov, Murad Səttarlı, Nəsibov Arzuman, İlqar Hüseynov.

Hücumçular: Rəşad Eyyubov, Draqan Çeran, Salif Ballo.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər