"Simurq" alman və rumın klublarına qarşı

"Simurq" alman və rumın klublarına qarşı
"Simurq" qış təlim-məşq toplanışı çərçivəsində Antalyada dörd yoldaşlıq görüşü keçirəcək. Fanat.az xəbər verir ki, Zaqatala klubunun iki rəqibi artıq bəllidi.
Georgi Çixradzenin yetirmələri yanvarın 16-da Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan "Velbert" klubu ilə qarşılaşcaq. Oyun Bakı vaxtı ilə saat 17.00-da start götürəcək. 
Zaqatala klubunun qardaş ölkədəki ikinci rəqibi isə Rumıniyanın "Vasluy" klubu olacaq. Bu yoxlama görüşü isə yanvarın 19-da keçiriləcək.   
Qeyd edək ki, digər iki yoldaşlıq görüşlərindəki rəqiblər və oyunların keçirilmə vaxtları hələ bəlli deyil.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər