Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında fasilə başa çatıb. Fanat.az xəbər verir ki, bu gün V turun təxirə salınmış oyunları baş tutub.
Əvvəlcə "Azərreyl"lə "Rabitə" qarşılaşıb. Oyun ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Azəryol" isə "Lokomotiv"ə qalib gəlib - 3:1.
Voleybol
Super Liqa
V tur
10 yanvar
Azərreyl - Rabitə 0:3 (27:29; 12:25; 15:25)
Lokomotiv - Azəryol 1:3 (21:25; 25:22; 21:25; 21:25)
| 1 | Rabitə | 4 | 4 | 0 | 12-1 | 332-251 | 12 |
| 2 | İqtisadçı | 3 | 3 | 0 | 9-3 | 280-242 | 8 |
| 3 | Azəryol | 4 | 3 | 1 | 10-7 | 383-383 | 8 |
| 4 | Azərreyl | 5 | 1 | 4 | 7-12 | 410-441 | 5 |
| 5 | Lokomotiv | 5 | 1 | 4 | 6-12 | 363-418 | 4 |
| 6 | Telekom | 5 | 1 | 4 | 5-14 | 392-427 | 2 |
Fanat.az