"Qarabağ"ın 2 üzvü nəzarət altında

"Qarabağ"ın 2 üzvü nəzarət altında
"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, komanda hazırlığının bu gününü tək məşqlə başa vurub.
Ardıcıl 3 günü 2 məşqlə keçirən "Qarabağ" yeganə çalışmaya yerli vaxtla 11.00-da yollanıb. 1 saat 40 dəqiqə davam edən məşqi Berti Foqts da canlı izləyib.
İsinmə hərəkətlərinin ardından "kvadrat" oynayan futbolçular ardınca fiziki hazırlığa əsaslanan, meydanboyu maneələri dəf edərək qapılara zərbə üzərində çalışıblarö Sonra isə 2 qrupa bölünən Qurban Qurbanovun yetirmələri top saxlama üzərinə qurulmuş çalışma yerinə yetiriblər. 
Dünənki məşqdə zədələnmiş Muarem Muarem və əməliyyatdan sonra bərpa prosesi keçən Rəşad Sadıqov fizioterapevt nəzarətində çalışıblar. 
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər