"Millini Qurban Qurbanova tapşırsalar, yaxşıdı" -MÜSAHİBƏ

"Millini Qurban Qurbanova tapşırsalar, yaxşıdı" -MÜSAHİBƏ

Kaxaber Tsxadadzenin Fanat.az-a müsahibəsi

- Milli komandaların oyunları ilə bağlı çempionatda yaranan fasilədə komandanı Gürcüstana aparmışdız. Toplanışın faydalı olacağına inanırsız?

- Təbii ki, belə uzunmüddətli fasilədən səmərəli istifadə vacib idi. Toplanış dönəmində çatışmazlıqlar üzərində işləmək imkanımız oldu. Eyni zamanda, yoxlama oyunu da keçirdik. Etiraf edim ki, uzunmüddətli fasilələrin əleyhinəyəm. Belə desək, çempionatda durğunluq yarananda komandalar ritmdən qopur.

- Fasilədən sonra baş tutan oyunda isə “Simurq”un müqavimətini qırmaq mümkün olmadı…

- Düzdü, hər şey istədiyimiz səviyyədə alınmadı. Xüsusilə cinahlardan qurulan hücumlar arzulanan səviyyədə deyildi. İstənilən halda, qol vəziyyətlərimiz oldu. Rəqibin müdafiədən oynadığını da nəzərə almalıyıq.

- Foqtsun istefasını necə qarşıladız?

- Bu gözlənilən idi. Gec-tez baş verməliydi.

- Alman mütəxəssis Osiyek faciəsinin əsas səbəblərindən biri kimi, futbolçuların fiziki hazırlığının aşağı səviyyədə olmasını göstərmiş və bunun günahını klublarda gördüyünü demişdi.

- Açıqlamasıyla tanışam, o mövzuya yenidən qayıtmaq istəmirəm. Hərçənd yarım aydan artıq toplanış keçən millinin yorğun görünməsi təbii haldı. Məşqlərdə fiziki güc sərf edən oyunçu istər-istəməz yorulmalıdı.

- Foqtsun yerinə əsas namizədlərdən biri də sizsiz.

- Mənə təklif gəlməyib. Bununla belə, adımın yığmayla yanaşı hallanması qürurvericidi.

- Təklif alsaz, razılaşarsız?

- Mənim öz fikrim var: Azərbaycan yığmasında enerjili, yerli futbolun incəliklərinə bələd olan yerli mütəxəssis işləməlidi. Onun faydası daha çox olar. İndiki durumda Qurban Qurbanovu ən real namizəd sayıram.

- Artıq AÇ-2016-nın 3 oyunu geridə qalıb və yığmamız hesabına xal yazmayıb. Sizcə Qurbanov gəlsə, nəyi dəyişəcək?

- Bu mərhələ üçün heç nəyi. Çünki başlanğıc çox uğursuz olub. Ancaq vaxt versələr, fikrimcə, yaxşı komanda formalaşdıra bilər. Kiminsə birdən-birə ortaya fərqli komanda qoyması mümkünsüzdü. Hər məşqçinin öz futbol fəlsəfəsi var və ona işini görmək üçün mütləq vaxt verilməlidi. 

Fanat.az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər