"Gəl, sənə daha çox verərik, Kaxa"- ÖZƏL

"Gəl, sənə daha çox verərik, Kaxa"- ÖZƏL

“İnter”in baş məşqçi Kaxaber Tsxadadzeyə yeni müqavilə təklif etdiyini, gürcünün isə hələ birillik sövdələşmə istəyinə “hə” demədiyini yazmışdıq. Fanat.az xəbər verir ki, müqaviləsinin müddəti başa çatmaqda olan Tsxadadzenin tərəddüdünün səbəbi məlumdu.

“Bankirlər”in çalışdırıcısının xidmətində əvvəllər də maraqlı olan Tiflis “Dinamo”sunun rəhbərliyi onu vətənə qaytarmaqda israrlıdı. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, başqan Roman Pipiya şəxsən Tsxadadzeylə əlaqə saxlayıb və sərfəli şərtlər müqabilində “Dinamo”nun “sükanı arxası”na keçməsini istəyib. Klub prezidenti həmyerlisinə “İnter”də aldığından çox təklif edib. Bundan başqa, Tsxadadzenin adı yığmayla da yanaşı çəkilir. O, dostu Timuri Ketsbayanın yerinə 3 ən real namizəddən biri sayılır. Gürcüstan mətbuatına inansaq, bank təmsilçisinin çalışdırıcısının “Dinamo” və yığmada eyni vaxtda işləmək şansı da var.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər