"Rayo Vallekano"nun futbolçu Lass Banqura Qvineya yığmasının düşərgəsini tərk edib. Fanat.az xəbər verir ki, buna səbəb futbolçunun "Ebola" virusuna yoluxmaqdan qorxması olub.
İspaniya mətbuatının məlumatına görə, "Rayo Vallekano"nun "milli komandaya getmə" çağrışına rəğmən Qvineyanın Mərakeşdə keçirilən təlim-məşq toplanışına qatılan 22 yaşlı oyunçu daha sonra fikrini dəyişib. "Ebola"dan qorxan Banqura İspaniyaya qayıdıb.
Fanat.az