"Berti Foqtsu Aykut Kocaman əvəzləyə bilər"

"Berti Foqtsu Aykut Kocaman əvəzləyə bilər"
"Kubokun 1/4 finalında "Bakı" klubunu mübarizədən kənarlaşdırdıq. Bu klubun prezidenti "Atletiko"nun sponsorlarından biridi. Hədəfimiz kubokda finala yüksəlməkdi. Təbii ki, çempionatda bir az boşaldıq və toparlanmağımız lazımdı. Bu çempionatda onsuz da aşağı dəstəyə düşən olmadığı üçün sıxıntı yoxdu". Fanat.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar deyib.
Türkiyə mətbuatına açıqlama verən mütəxəssis "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlidən də danışıb: "Biz burda uğur qazanaraq türk məşqçilərin yolunu açmaq istəyirik. Mustafa Dənizli çox yaxşı gedir. Bəzi şanssızlıqlar yaşadı. İnşallah, yarımfinalda 0:3 hesabı ilə uduzmasına rəğmən ikinci matçda qələbə qazanar. Çox ümidliyəm, yaxşı bir komanda oldubuğunu düşünürəm. Xatırlayırsınızsa, onun komandası unudulmaz “Ksamaks” matçında 0:3 uduzsa da, revanş almaqla tarix yazmışdı".
 
Ötən həftə ölkəmizdə səfərdə olan "Beşiktaş"ın sabiq baş məşqçisi Samet Aybaba və Türkiyə Məşqçilər Birliyinin rəhbəri İsmail Dilber sən demə, “Neftçi” - “Rəvan” matçını izləməklə kifayətlənməyibmiş. Onlar həm də AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb: Samet Aybaba İsmail Dilberlə kubok matçını izləməyə gəldi. Federasiya prezidenti ilə görüşdülər. Yücəl İldiz, Giray Bulak kimi adlar da sabah, o biri gün bura gələ bilər".
Kurtar sonda “Fənərbaxça”nın sabiq çalışdırıcısı Aykut Kocamanın milli komandamızda çalışa biləcəyini söyləyib. Onun sözlərinə görə, Berti Foqts yaxınlarda yığmamızı tərk edə bilər: “Xəzər Lənkəran” Mustafa hocaya çox ciddi pullar ödəyib. “Qəbələ” komandasının güclü və maddi qaynaqlarının yaxşı vəziyyətdə olduğunu bilirəm. Daha əvvəl Aykut Kocamana Sofiya “Levski”sindən təklif gəlmişdi, ancaq qəbul etməmişdi. Və ya Berti Foqts yaxın vaxtlarda vəzifəsini buraxa bilər və yerinə Türkiyədən marka isimlər gündəmə gələ bilər. Mövsümün əvvəlində bəlkə hoca da Azərbaycan yığmasında işləməyi qəbul edə bilər. Ümid edirəm ki, türkiyəli məşqçilərin sayı burda artar”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər