Qərbi Asiyanın "kralı" müəyyənləşdi

Qərbi Asiyanın "kralı" müəyyənləşdi
Qərbi Asiya Futbol Federasiyasının təşkil etdiyi çempionat başa çatıb. Fanat.az xəbər verir ki, ötən gün son iki matç baş tutub.
Üçüncü yer uğrunda oyunda Küveytlə Bəhreyn qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığından qalbi penalti seriyasında müəyyənləşib. Bu zaman Bəhreyn 3:2 hesablı qələbə qazanaraq bürünc medallara sahib çıxıb.
Final matçında isə ev sahibi Qətər İordaniyanı sınağa çəkib. Meydan sahibləri 50-81-ci dəqiqələrdə Bualem Xoukinin vurduğu qollarla qələbəni bayram edib və turnirin qalibi olub - 2:0.
Turnirin bombardiri 6 qol vuran Qətər yığmasının üzvü Bualem Xouki olub. Onun komanda yoldaşı Adel Ahmed və Küveyt millisindən Fahad Əl-Haceri 2 qola imza atıb. 
Qətər millisindən Əli Əsəd turnirin "Ən yaxşı futbolçu"su, Bəhreyndən Said Məhəmməd "Ən yaxşı qapıçı"sı seçilib. 
Qeyd edək ki, Bəhreyn, Qətər, İordaniya, Küveyt, ələstin, Livan, İraq, Oman və Səudiyyə Ərəbistanının qatıldığı turnir ötən ilin 25 dekabrında başlamışdı.
Onu da qeyd edək ki, Qətər 8-ci dəfə keçirilən turnirdə ilk uğurunu qazanıb. İran 4, İraq, Küveyt və Suriya 1 dəfə qalib adına sahib çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər