Qara Qarayev: "Yolun yarısını istədiyimiz kimi gəlmişik"

Qara Qarayev: "Yolun yarısını istədiyimiz kimi gəlmişik"
"Plan üzrə hazırlaşırıq. Komanda istirahətdən yeni qayıdıb. Qısa müddətə də olsa, futbolsuz qalmaq futbolçu orqanizminə təsir edir". Bu sözləri Fanat.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşına "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib. 
Qurban Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alan Çudomir Çakarovun fiziki hazırlığın yaxşılaşdırılmasına hesablanmış məşqlərində olduqca fəal görünən gənc oyunçu daha sonra əlavə edib: "İstər toplu, istərsə də topsuz məşqləri həvəslə edirəm. Meydanda mövqeyim elədi ki, fiziki problemlərlə istədiyim oyunu sərgiləyə bilmərəm. Dayaq yarımmüdafiəçisinin sürətli oyunlar zamanı fiziki gücə çox ehtiyacı olur. Əlbəttə, topla işləməyi hamı sevir. Ancaq çalışmalar yalnız "kvadrat" oynamaqdan ibarət deyil".
Qara çempionluq arzusundadı: "Qış fasiləsinə lider mövqeyində yollanmağımız çox sevindiricidi. Amma bu nəticə sayılmır. Yolun yarısını istədiyimiz kimi gəlmişik. Qarşıdakı oyunlar daha çətin alınacaq. Əlbəttə ki, qızıl medallara yeganə namizəd deyilik. Öz mövqeyimizi qorumaq üçün çətin qarşılaşmalara həm psixoloji, həm də komanda şəklində hazır olmalıyıq. Çempionluq tək mənim yox, hamımızın arzusudu. Şansımız var, ondan yararlanmalıyıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər