“Məncə, qrupda keçirəcəyimiz ən çətin səfər oyunudu. Qarşılaşma “Dnepr” üçün də qrupdan çıxmaq baxımından çox əhəmiyyətlidi”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.
Qara yaxşı oyun və müsbət nəticəylə azarkeşləri sevindirməyi hədəflədiklərini söyləyib: “Rəqibin oyun tərziylə tanışıq. Heyətində çox güclü futbolçular olduğunu da bilirik. Standart vəziyyətlər zamanı çox təhlükəlidilər. Bununla belə, yaxşı oyun və müsbət nəticəylə azarkeşlərimizi sevindirmək istəyirik. Bacaradıqca az səhv etməliyik”.
Fanat.az