Qabon çempionatında oyun zamanı xoşagəlməz hadisə baş verib. Fanat.az xəbər verir ki, “Bonqovil” klubunun qapıçısı Silveyn Azuki sonuncu oyun zamanı ölüb.
Qapıçının ölümünə səbəb rəqib futbolçunun onun başını bilməyərəkdən tapdalaması olub. Azuki qapıya yaxınlaşan topun qarşısını alsa da, rəqib futbolçu sürətini saxlaya bilməyib və yerdə olan qapıçının başını tapdalayıb. Aldığı ağır xəsarətdən sonra qolkiper xəstəxanaya aparılarkən yolda keçinib.
Fanat.az