"Simurq"dan ayrılan Orxan Səfiyaroğlu karyerasını paytaxtda davam etdirəcək. Fanat.az xəbər verir ki, gənc futbolçu 2 Bakı klubundan təklif alıb.
Belə ki, AZAL və "Rəvan" Orxanın xidmətində maraqlıdı. Amma Səfiyaroğlu karyerasını sabiq klubu AZAL-da davam etdirmək istəyir.
Qeyd edək ki, Orxan "Simurq"da 8 oyuna çıxıb, 336 dəqiqə oynayıb və 1 qol vurub. 23 yaşlı futbolçu 2009-2013-cü illərdə AZAL-ın əsas heyətində 32 oyun keçirib və 4 qola imza atıb.
Fanat.az