Nikolay Adam hakimi günahlandırdı

Nikolay Adam hakimi günahlandırdı
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yaponiya və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra millimizin baş məşqçisi Nikolay Adam fikirlərini bildirib: 
"Yaponiya yığmasını qələbə qazanması və qrupda birinci yeri tutması münasibətilə təbrik edirəm. Oyunu şərh etməkdə çətinlik çəkirəm, çünki futbolçumuza göstərilmiş qırmızı vərəqə qarşılaşmanın müqəddəratını həll etdi. Hakimin qərarını müzakirə etmək istəməsəm də, məncə, həmin epizodda yaponiyalı futbolçu oyundankənar vəziyyətdə idi, lakin bu, qeydə alınmadı. Əvvəlki oyunlarla müqayisədə həm heyətdə, həm də oyun sxemində dəyişiklik etmişdik. Azlıqda qalmağımız planlarımızı pozdu. Qarşıdakı iki oyunda qələbə qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər