Nazim Süleymanov istefa verdi - şok qərar

Nazim Süleymanov istefa verdi - şok qərar
"Neftçi"nin baş məşqçisi Nazim Süleymanov gözlənilməz qərar qəbul edib. Fanat.az xəbər verir ki, çalışdırıcı istefa verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sadıq Sadıqova təqdim olunan istefa ərizəsi qəbul edilib. "Neftçi" təcrübəli mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulanıb. Süleymanov bu günkü məşqdən əvvəl komanda üzvləri ilə görüşüb və sağollaşıb. Komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə məşqçi Ruben Sellesə tapşırılıb.
Qeyd edək ki, Süleymanovun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər bir müddət idi ki, yayılırdı. Amma "Neftçi" tərəfi xəbəri təkzib edirdi. Nazim bəy bu postda Tərlan Əhmədovu əvəzləmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər