Mustafa Dənizlini sevindirən iki məqam

Mustafa Dənizlini sevindirən iki məqam

"Xəzər Lənkəran" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Qəbələ” ilə oyunundan sonra Lənkərana dönüb. Fanat.az xəbər verir ki, bu gün cənub şəhərindəki bazasının ehtiyat meydançasında məşqə çıxan komanda AZAL-la qarşılaşmanın hazırlıqlarına başlayıb. 

Zədəli futbolçular Deyvid Sakkoni və Adrian Pit də komandaya qoşulduğuna görə "Xəzər Lənkəran" məşqini tam tərkibdə keçirib və hazırlıq bir saat davam edib. Sabah oyunöncəsi son məşqini keçirəcək klomanda Premyer Liqanın XXXI turu çərçivəsində AZAL ilə baş tutacaq matçın başlama saatını gözləyəcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər