"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Antalyada Türk İdman Yazarları Dərnəyinin təşkil etdiyi seminarda maraqlı fikirlər səsləndirib. İtalyan mütəxəssis türk məşqçilərin ölkədəki ümumi inkişafdan geri qadığını deyib: "Türkiyə futbolunun Almaniya, İngiltərə, Fransa, İtaliya və İspaniya səviyyəsində olduğunu deyə bilmərəmö Ölkə hər anlamda inkişaf edərkən, məşqçi və oyunçu baxımından geri qalıb. Bəlkə türk mütəxəssislər daha çox ölkədən kənara çıxsa yaxşı olar. Ya da Biliç, Şota kimi əcnəbi məşqçilər buraya gələrək futbolun inkişafı üçün çalışa bilər".
Fanat.az xəbər verir ki, Mançinin bu sözləri Türkiyənin əksər mütəxəssislərini narazı salıb. İtalyan mütəxəssin fikirlərinə "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli də münasibət bildirib: "Mançinin hansı müddətdə bu qənaətə gəlməsi mənim üçün maraqlıdı. Türkiyədə olduğu bu qısa müddətdə belə bir diaqnoz qoymaq mümkünsüzdü. Hansı mənada dediyini öyrənmək lazımdı. Türkiyə UEFA ölkəsidi. Bütün ölkələrdə məşqçilər eyni standartlarla hazırlanır. Hamsının bütün ölkələrdə keçərli olan Pro ölisenziyası var. Mançini 2 gün əvvəl türk məşqçilərlə bir araya gəldi. Kaş ki, bu fikirlərini orda deyərdi. Belə bir fürsəti var idi".
Fanat.az