Muarem Muarem "Qarabağ"ın tarixinə düşüb. Fanat.az xəbər verir ki, makedoniyalı futbolçu Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki ilk qolunu vurub.
"Qarabağ" bundan əvvəl qrup mərhələsi çərçivəsində "Sent-Etyen" (0:0) və "İnter"lə (0:2) qarşılaşsa da, qol vura bilməmişdi. Dünən Kiyevdə "Dnepr"lə qarşılaşan komandamızın qələbə qolunu vuran Muarem bununla da klubun tarixinə düşüb.
Fanat.az