19 yaşadək futbolçulardan ibarət yığma komandamızın Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA millimizin oyunlarını şotland və israilli hakimlərə tapşırıb.
Komandamızın Macarıstanla oyununu şotland Con Beaton, Slovakiya və Sloveniya ilə matçlarını isə israilli Eli Hakmon idarə edəcək.
Qeyd edək ki, yığmamızın yer aldığı 4-cü qurun oyunları Macarıstanda keçiriləcək. Qarşılaşmalar noyabrın 10-u, 12-si və 15-də baş tutacaq.
Macarıstan - Azərbaycan
Hakimlər: Con Beaton, Qrem Stuart (Şotlandiya), David Moraim, Eli Hakmon (İsrail).
Dunauyvaros. "Ezsperanto Ut" stadionu.
Slovakiya - Azərbaycan
Hakimlər: Eli Hakmon, David Moraim (İsrail), Peter Kobor, Adam Farkaş (Macarıstan).
Dunauyvaros. "Ezsperanto Ut" stadionu.
Azərbaycan - Sloveniya
Hakimlər: Eli Hakmon, David Moraim (İsrail), Peter Kobor, Adam Farkaş (Macarıstan).
Tatabanya. "Qrosiçs Qiula" stadionu.
Fanat.az