Bu gün 17 yaşadək futbolçulardan ibarət yığma komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək. Fanat.az xəbər verir ki, komandamız Eysden şəhərində Belçika millisi ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək. Qarşılaşmanın baş hakimi irlandiyalı Rob Rocers olacaq.
Fanat.az