Boks üzrə Türkiyə millisinin sabiq üzvü Hüseyn Ağar səfəalət içində yaşayır. Fanat.az xəbər verir ki, 6 il yığmanrın şərəfini qoruşumuş 48 yaşlı boksçu qarnının belə doyurmaqda çətinlik çəkir.
Hazırda zibilxananı xatırladan evdə yaşayan Ağarın səhhətində də ciddi problemlər var. Həyat yoldaşından 4 il əvvəl ayrılan boksçu acılı həyat hekayəsi barədə danışıb: "Şikəstəm, əlimdə sənədim də var. 9 il "Erdemirspor"un, 6 il milli komandanın şərəfini qorumuşam, Avropa üçüncüsü olmuşam. Əməliyyat olunandan sonra boksdan ayrılmaq məcburiyyətində qaldım. Həyat yoldaşım inadçı insan idi. Yola gedə bilmirdik. 2010-cu ildə evdən ayrıldı və boşandıq".
Ağarın qızı da artıq 5 ildi ki, evdən qaçıb: "Qızımın 14 yaşı olanda iki universitet tələbəsi ona təcavüz etmişdi. Onlar indi həbsxanadadı. Bu olaydan sonra qızım evdən qaçdı. Artıq 5 ildi onu görmürəm".
Aldığı təqaüdlə yaşaya bilmədiyini, bu pulun heç elektrik enerjisinin haqqını ödəmədiyini bildirən boksçu "Evin kirayə pulunu, elektrik və su pulunu güclə verirəm. Küçələrdə mendil (dəsmal) sataraq yaşamağa çalışıram. Halla yolla qazanıram. Heç kiminlə işim olmur. Burda nə soba var, nə qızdırıcı. Soyuqda yatıram. Qarnım ağrıyır, yemək yeyə bilmirəm".
Fanat.az