Millət vəkili milli komandanı tənqid etdi

Millət vəkili milli komandanı tənqid etdi
Millət vəkili və Kikboksinq Federasiyasının Prezidenti Adil Əliyev futbol üzrə Azərbaycan yığmasını tənqid edib. Fanat.az xəbər verir ki, millət vəkili sosial şəbəkədəki şəxsi hesabında futbolçuların himni xorla oxumamasına görə təəssüflənib: 
"Bu gün (oktyabrın 10-da) AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığması milli komandamızı qəbul edir. İTV kanalında açılış mərasiminə baxdım. Yığmaların öz ölkələrinin himnlərini canlı oxumasına diqqət yetirdim. Futbolçularımızın himnimizi xorla oxuya bilməməsinə təəssüf etdim. Heç olmasa futbolu yaxşı oynasınlar".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər