Luçesku tarixə düşdü

Luçesku tarixə düşdü
Mirça Luçesku "Şaxtyor"un tarixinə düşüb. Fanat.az xəbər verir ki, rumın mütəxəssis Donetsk klubunda 300-cü çempionat oyununa çıxıb.
2004-cü ildən "Şaxtyor"a başçılıq edən Luçesku yubiley matçında əsas rəqibləri olan Kiyev "Dinamo"sunu 2:0 hesabı ilə yenib. Bu məğlubiyyət paytaxt klubunun baş məşqçisi Oleq Bloxinin istefası ilə nəticələnib.
Ukrayna çempionatında 300-cü matçını keçirən Luçesku bu mənada rekordçudu və onun göstəricisi digər məşqçilər üçün hələləlik əlçatmazdı. O, 300 oyundan 231-də qələbəyə sevinib, 41 dəfə heç-heçə görüb və cəmi 28 dəfə məğlubiyyət acısı yaşayıb. Luçenin komandası arxada qalan 10 ildə 656 qol vurub və 184 dəfə məyus olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər