Levandovskini Burak Yılmaz əvəzləyəcək?

Levandovskini Burak Yılmaz əvəzləyəcək?
Robert Levandovskinin "Bavariya"ya keçidinə əngəl ola bilməyən "Borussiya" hücumçu axtarışına başlayıb. Fanat.az xəbər verir ki, Dortmund klubu axtırdığını Türkiyədə tapıb.
İddialara görə, Bundesliqa klubu hücum xəttindəki boşluğu Burak Yılmaz vasitəsi ilə doldurmaq niyyətindədi. Bu barədə "Sport Direct News" məlumat yayıb. Sayt "Qalatasaray"lı futbolçunun "Arsenal" və "Çelsi"nin də hədəfində olduğunu iddia edib.
Qeyd edək ki, Levandovskinin "Bavariya" ilə müqaviləsi yayda qüvvəyə minəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər