Kurtar debüt oyununda qol vurulmadı

Kurtar debüt oyununda qol vurulmadı
Bu gün Premyer Liqa klublarımız qış fasiləsində yoxlama oyunlarına start verib. Fanat.az xəbər verir ki, 2014-cü ilin ilk qarşılaşması "Sumqayıt"la "Rəvan" arasında baş tutub.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu matç "Rəvan"ın türk baş məşqçisi Güvənc Kurtarın Azərbaycanda ilk oyunu olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər