XXIII Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, püşkatma oktyabr 15-də AFFA-nın inzibati binasında keçiriləcək və saat 15.00-da başlayacaq.
Hələlik kubokda neçə komandanın iştirak edəcəyi bilinmir. 10 Premyer Liqa klubunun yarışa qatılacağı dəqiqdisə, bəzi I divizion təmsilçilərinin turnirdən imtinası gözlənilir. Azərbaycan Kubokunda yeni mövsüm oktyabrın 22-də başlayacaq.
Fanat.az