Yurgen Kloppun çiynədiyi iddia edilən saqqız satışa çıxarılıb. Fanat.az xəbər verir ki, "Sharkj1909" adlı istifadəçi saqqızı "eBay"da auksiona qoyub.
"Sharkj1909"un iddiasına görə, Klopp bu saqqızı Almaniya Kubokunun yarımfinalında "Volfsburq"u 2:0 hesabı ilə yendikləri matçda çiynəyib və onu bir mühafizəçinin vasitəsi ilə əldə edib. Saqqıza ilkin olaraq 1 avro qiymət qoyulub. Lakin qısa müddətdə qiymət 150 avroya çatıb. Satış aprelin 24-də reallaşacaq.
Fanat.az