“Əsas məqsədimiz Ukrayna səfərindən xalla qayıtmaqdı. Yəni minimum tapşırıq “Dnepr”ə uduzmamaqdı”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem deyib.
Türk əsilli makedoniyalı futbolçu daha sonra əlavə edib: “Dnepr”lə oyunun çətin alınacağına şübhə etmirəm. Ancaq istənilən komandayla oynamaq mümkündü. Əlbəttə, qələbə qazansaq, azarkeşlərimizə daha çox sevinc bəxş edərik. Üstəlik, qrupdan çıxmaq üçün də yaxşı şans qazanarıq. Lakin reallığı nəzərə alsaq, Ukraynadan 1 xalla qayıtmaq da müsbət nəticə olar”.
Qeyd edək ki, “Qarabağ” “Dnepr”lə Avroliqa matçına oktyabrın 22-dən 23-nə keçən gecə, 00.05-də çıxacaq.
Fanat.az