İspaniya "Kral Kuboku"nun finalında "Barselona" ilə qarşılaşan "Real"ın qapıçısı İker Kasilyas maraqlı hərəkət edib. Fanat.az xəbər verir ki, ispan qolkiper bir epizodda qapı dirəyinə təşəkkür edib. Belə ki, oyunun son dəqiqələrində - "Real" 2:1 hesabı ilə öndə olduğu vaxt Neymarın zərbəsi dirəkdən dönüb. Kasilyas məhz bu səbəbdən dirəyə təşəkkür etməyi özünə borc bilib.
Fanat.az