Çixradzenin iştahı artdı

Çixradzenin iştahı artdı
Georgi Çixradze "Qarabağ"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Simurq”un baş məşqçisi Avropa Liqasına vəsiqə qazanmaq şanslarının olduğunu deyib:
“Bu gün qələbə bizə çox lazım idi. Çünki, psixoloji durumumuzu düzəltməliydik. Çox üstün oyun nümayiş etdirdiyimizi demək olmaz. Buna baxmayaraq, oyunu müdafiədən qurub, rəqibi əks-hüçumlarda yaxalamaq istəyirdik. Standart vəziyyətdən sonra qolu vurduq. Qələbəyə görə uşaqları təbrik edirəm. Praktiki cəhətdən çətin olsa da, nəzəri cəhətdən Avroliqaya vəsiqə qazanmağa şansımız var. Bütün oyunlarda qələbə qazanmağa çalışacağıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər