IX tur rəqəmlərin gözüylə

IX tur rəqəmlərin gözüylə

Bu həftə Topaz Premyer Liqasında I dövrəyə yekun vurulacaq. Fanat.az xəbər verir ki, 2 oyunu təxirə salınmış dövrənin son turunda 5 qarşılaşma baş tutacaq. 

Turun mərkəzi görüşləri bazar günü keçiriləcək. İlk dövrə “Qarabağ” – “Xəzər Lənkəran” və “Neftçi” – “İnter” qarşılaşmaları ilə bitəcək. 

9-cu tur

24 oktyabr (cümə)

“Qəbələ” – “Sumqayıt” - 8 oyun, +7=0-1, top fərqi 19:6

Son 3 oyunda rəqibinə qalib gələn “Qəbələ” 8 qarşılaşmadan yalnız birində xal itirib. “Sumqayıt” səfərdə keçirdiyi matçlarda xal qazana bilməyib. Meydan sahibləri bu matçlarda ən azı 2 qol vurur.

25 oktyabr (şənbə)

“Simurq” – “Araz Naxçıvan” – çempionatda indiyə qədər görüşməyiblər

AZAL  – “Bakı” - 22 oyun, +8=5-9, top fərqi 19:21

23-cü paytaxt derbisinə qonaqlar cüzi üstünlüklə çıxacaq. “Bakı” son 2 görüşdə qalib gəlib. Son 5 ev oyununu qolsuz tərk etməyən AZAL ardıcıl 3 görüşdə qələbə qazanmağı  bacarmayıb.

26 oktyabr (bazar)

“Qarabağ” –“Xəzər Lənkəran” - 28 oyun, +12=4-12, top fərqi 28:32

3 ildir heç-heçə etməyən komandaların oyunlarında tərəflər eyni sayda qələbə əldə edib. Top fərqində üstün olan “Xəzər Lənkəran” 2014-cü ildə baş tutan hər iki matçda qalib gəlib.

“Neftçi” – “İnter” - 39 oyun, +19=12-8, top fərqi 60:36

Yubiley – 40-cı paytaxt derbisi öncəsi “Neftçi” böyük üstünlüyə malikdir. 20-ci qələbənin astanasında olan “ağ-qaralar” son 3 qarşılaşmada qalib gələ bilməyib. Ancaq onlar ardıcıl 11 görüşdür meydanı qolsuz tərk etmir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər