Giorgi Çixradze Orxandan imtina etdi

Giorgi Çixradze Orxandan imtina etdi
Bu gün "Simurq"un qış təlim-məşq toplanışı başlayır. Fanat.az xəbər verir ki, Zaqatala klubu bu məqsədlə Antalyaya üz tutub.
Lakin "Simurq" səfərə tam heyətlə çıxmayıb. Belə ki, baş məşqçi Giorgi Çixradze Orxan Səfiyaroğlunun xidmətindən imtina edib. Gürcü mütəxəssis hazırlıq səviyyəsindən narazı olduğu yarımmüdafiəçini ölkədə saxlayıb.
Qeyd edək ki, Orxan cari mövsümdə "Simurq"un əsas heyətində 8 oyunda meydana çıxıb, 336 dəqiqə oynayıb və 1 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər