Foqts Roberto Karlosla görüşdü

Foqts Roberto Karlosla görüşdü

Yanvarın 10-dan etibarən Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasında çıxış edən klubların məşqini və yoxlama oyunlarını izləməklə yanaşı, tanınmış mütəxəssislərlə də görüş keçirir. 

Fanat.az xəbər verir ki, almaniyalı mütəxəssis bu dəfə Braziliya futbolunun canlı əfsanəsi və 2002-ci ildə dünya çempionu olmuş, hazırda Türkiyə Super Liqasında çıxış edən “Sivasspor”un baş məşqçisi Roberto Karlosla görüşərək fikir mübadiləsi aparıb. 

Qeyd edək ki, millimizin üzvü Cihan Özkara “Sivasspor”un futbolçusudu. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər