Evra yuvaya dönür

Evra yuvaya dönür

"Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatacaq Patrik Evra komandadan ayrılacaq. Fanat.az xəbər verir ki, 33 yaşlı fransız oyunçunun yeni iş yeri də artıq məlumdu. Avropa mediasının məlumatına görə, Evra sabiq klubu "Monako"ya dönəcək. 

Qeyd edək ki, Evra 2002-2006-cı illərdə "Monako"da 120 oyuna çıxıb və 2 qol vurub. "Mançester Yunayted"dəki 258 matçında isə o, 7 qola imza atıb. Fransa millisinin üzvü İngiltərə klubu ilə Premyer Liqanı (5 dəfə), Liqa Kubokunu (3), ölkə Super Kubokunu (5), Çempionlar Liqasını (1) və klublarası dünya çempionluğunu (1) qazanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər