Erməni idmançımızla döyüşməkdən qorxdu

Erməni idmançımızla döyüşməkdən qorxdu

Zaqreb şəhərində yeniyetmələr arasında boks üzrə Avropa çempionatı keçirilib. 

Fanat.az xəbər verir ki, iki azərbaycanlı idmançı - Məsud Yusifzadə (52 kq) və Məhəmmədəli Tahirov (91 kq) yarımfinala yüksəliblər. 

Dörddə bir finalda onlar Gürcüstan təmsilçisi Qaik Pozoyan və Ermənistan təmsilçisi Qnel Muradyana qalib gəliblər. Yusifzadə 3:0 hesabı ilə qalib gəlib. Tahirovun rəqibi isə rinqə çıxmayıb. 

Yarımfinalda Yusifzadənin rəqibi Daniel Asenov (Bolqarıstan), Tahirovun rəqibi isə Peter Kadiru (Almaniya) olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər