Elxan Məmmədov: "Berti Foqts izahat verməlidi"

Elxan Məmmədov: "Berti Foqts izahat verməlidi"
“3 oyundan 0 xal qazanmağımız pis nəticədi. Məşqçi və komandanın qarşısına müəyyən məqsədlər qoymuşduq. Amma xal qazana bilməmişik”. Fanat.az apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
 
O, dünən Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsində Xorvatiyaya 0:6 hesabı ilə uduzmasına şərh verib: “Təəssüf ki, bu reallıqdı. Biz vəziyyəti təhlil etməliyik və bu məsələ İcraiyyə Komitəsinin üzvləri ilə də müzakirə olunacaq. Berti Foqts nəticələrə görə izahat verməlidi. 0:6 hesabı ilə uduzmamalı idik. İki səfər oyununda xalsız qayıtmaq da bizim məqsədimiz deyildi”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər