AFFA İntizam Komitəsi "Qəbələ"nin futbolçusu Elnur Allahverdiyevi cəzalandırıb. Fanat.az xəbər verir ki, buna səbəb onun "Xəzər Lənkəran"la kubok matçında hakimi təhqir etməsi olub.
Ötən il kubokun finalındakı olaylara görə cəzalanan və bu mövsüm kubok oyunlarında oynamayan futbolçu geniş kütlə qarşısında oyunun baş hakimi Rəhim Həsənovu təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb. Klub isə buna görə 10000 manat cərimə olunub. Elnurun cəzası Premyer Liqa matçlarına da şamil edilir.
Fanat.az