İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatına yekun vurulub. Fanat.az xəbər verir ki, final matçında ABŞ və Çin yığmaları qarşılaşıb.
Oyun amerikalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da ABŞ millisi tarixində ilk dəfə dünya çempionu titulunu qazanıb. Bu komandanın heyətində Azərbaycanda oynayan 3 voleybolçu var. Belə ki, Foluke Akinradevo, Tori Dikson və Kayla Banvart "Rabitə"nin formasını geyinir.
3-cü yer uğrunda oyunda İtaliya və Braziliya milliləri qarşılaşıb. Meydan sahiblərini 3:2 hesabı ilə yenən cənubi amerikalılar bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, dünya çempionatında iştirak edən Azərbaycan millisi Qazaxıstanla birlikdə 15-16-cı yerləri bölüşüb. Mundialın yekun siyahısını təqdim edirik.
| 1 | ABŞ |
| 2 | Çin |
| 3 | Braziliya |
| 4 | İtaliya |
| 5-6 | Dominikan R. |
|
| Rusiya |
| 7-8 | Yaponiya |
|
| Serbiya |
| 9-10 | Almaniya |
|
| Türkiyə |
| 11-12 | Belçika |
|
| Bolqarıstan |
| 13-14 | Xorvatiya |
|
| Hollandiya |
| 15-16 | Azərbaycan |
|
| Qazaxıstan |
| 17-20 | Argentina |
|
| Kanada |
|
| Puerto Riko |
|
| Tailand |
| 21-24 | Kamerun |
|
| Kuba |
|
| Meksiko |
|
| Tunis |
Fanat.az