DÇ: Azərbaycan güləşçisi "gümüş"lə kifayətləndi

DÇ: Azərbaycan güləşçisi "gümüş"lə kifayətləndi

Azərbaycanın qadın güləşçisi Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

Fanat.Az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində yarışan idmançı finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşıb.

Rəqibinə 0:10 hesabı ilə məğlub olan Mirzəzadə gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Qurban Qurbanov (72 kq) qızıl, Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər