Ötən mövsümün sonunda PSJ-dən ayrılan və karyerasını başa vuran Devid Bekhemi Cənubi Amerika klubları rahat buraxmır. Fanat.az xəbər verir ki, bu qitədən ingilis ulduza daha bir təklif gəlib.
Məlumata görə, "River Pleyt" Bekhemi heyətinə qatmaq istəyir. Argentina klubunun təklifi ilə bağlı FIFA lisenziyalı menecer Guillermo Tofoni danışıb: "Bu təbii ki, asan iş deyil. Amma imkansız deyə bir şey də yoxdu. Niyə olsasın?".
Qeyd edək ki, bir neçə gün əvvəl Boliviyanın "Bolivar" klubu Bekhemi heyətinə qatmaq istədiyini açıqlamışdı.
Fanat.az