Cavadovlar Luçesku, Maldini, Çarltonla eyni sırada

Cavadovlar Luçesku, Maldini, Çarltonla eyni sırada
UEFA-nın saytında Avropanın futbol ailələri adlı yazı yerləşdirilib. Fanat.az xəbər verir ki, futbolun ən az iki nəslin əsas peşəsinə çevrildiyi ailələrin adlarının yer aldığı siyahıda Azərbaycanı Cavadovlar "təmsil" edir. 
Yazının Azərbyacana aid qısa hissəsində Füzuli Cavadov, İsgəndər Cavadov və Vaqif Cavadovdan başqa İlqar Qurbanova da yer ayrılıb. O, İsgəndər Cavadovun bacısıoğludu. Ailənin ən məşhur simasının İsgəndər Cavadov olduğu deyilən yazıda onun böyük qardaşı Fizuli Cavadovdan da bəxş olunub. Sonuncunun oğlu Vafqi Cavadovun ÇSKA və "Tvente"dəki çıxışından bəhs olunan yazıda 24 yaşlı hücumçunun böyük potensiala malik olduğu qeyd edilib. İlqar Qurbanovla bağlı isə İsgəndər Cavadovun fikirlərinə yer verilib.
UEFA-nın saytının hazırladığı geniş yazıda İngiltərədən Çarltonlar, Hollandiyadan Kumanlar, Rusiyadan Starostinlər. Rumıniyadan Luçeskular, Danimarkadan Laudruplar, İtaliyadan Maldinilər, Finlandiyadan Litmanenlər, Ermənistandan Mkitaryanlardə yer alıb. Ukraynanı Azərbaycana da bağlılığı olan Çanov qardaşları, Latviyanı isə ölkəmizdə də çıxış etmiş Maris Verpakovskinin də daxil olduğu ailə təmsil edir. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər