"Sumqayıt"la oyunda heç kimi istirahət verməyəcəm". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Bu mövsüm autsayder "Sumqayıt"la oyunda gənclərə və ehtiyatda qalan oyunçulara şans verib məğlubiyyətlə barışan Hacıyev eyni aqibəti "Rəvan"la kubokun ilk matçında da yaşayıb. Bu matçda bəzi aparıcı futbolçuları ehtiyatda saxlayan baş məşqçi 1:1 hesablı heç-heçənin qarşısını ala bilməyib.
Hazırda "İnter"lə 2-ci yer uğrunda mübarizə aparan "Neftçi"nin çalışdırıcısı risk etmək niyyətində deyil: "Neftçi" hər oyunda meydana qələbə üçün çıxır. Həm çempionatda, həm kubokda sona qədər mübarizə aparacağıq. Bizim üçün bütün turnirlər əsasdı".
Fanat.az