Buffon azərbaycanlı hücumçunun formasını istəyib

Buffon azərbaycanlı hücumçunun formasını istəyib

İtaliyanın "Parma" klubunun qapıçısı Canluici Buffon Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovdan formasını istəyib.

Fanat.Az-ın məlumatına görə, bu barədə hazırda Almaniyanın "Şalke 04" komandasında çıxış edən 31 yaşlı hücumçu açıqlama verib.

Təcrübəli forvard bildirib ki, hadisə səfərdə İtaliyaya 1:2 hesabı ilə uduzduqları AVRO-2016-nın seçmə mərhələ oyununda baş verib: "Matçdan sonra əfsanəvi qapıçıdan formasını istədim. Çox mehriban söhbət etdikdən sonra istəyimi yerinə yetirdi. Getmək istəyəndə çağırdı və o da mənim formamı istədi. Əvvəlcə tərəddüd etdim. Düşündüm ki, onsuz da bəyənməyəcək. Amma sonradan razılaşdım".

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində 24 oyun keçirib və 5 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər