Beyl dünyanın ən sürətli adamını heyrətləndirib

Beyl dünyanın ən sürətli adamını heyrətləndirib

“Real”ın ulduzu Qaret Beylin “Barselona”nın qapısına vurduğu qol altıqat olimpiya çempionu Useyn Boltu heyrətləndirib. Fanat.az xəbər verir ki, Bolt Beylin sürətindən təəccübləndiyini bildirib: 

“Beyl möhtəşəm qol vurdu. O, fantastik sürət nümayiş etdirərək inanılmaz soyuqqanlılıqla topu qapıçının ayaqları arasından tora göndərdi. Dünyanın istənilən sprinteri həyatında bircə dəfə belə qol vurmaq istərdi. Beyl dünyanın ən sürətli futbolçusudu. Futbolda sürət böyük əhəmiyyət kəsb edir”.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər