Azərbaycan para-atletləri Antalyaya yollandı

Azərbaycan para-atletləri Antalyaya yollandı

Azərbaycanın para-atletika üzrə yığma komandası Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yola düşüb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, on günlük toplanış baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında gerçəkləşəcək.

Məqsəd 2 - 9 mayda İtaliyanın Yesolo şəhərində keçiriləcək para-atletika üzrə lisenziya xarakterli Qran-priyə səmərəli hazırlaşmaqdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər