Azərbaycan Kubokunda yarımfinal cütləri bilindi

Azərbaycan Kubokunda yarımfinal cütləri bilindi

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cütləri dəqiqləşib.

Fanat.Az xəbər verir ki, yarımfinalda azarkeşlər bir cütdə paytaxt, digərində bölgə komandalarının duelinə şahidlik edəcək. Bu gün “Sumqayıt”la heç-heçə oynamasına rəğmən, iki görüşün (1:0, 1:1) nəticəsinə görə mərhələ adlayan "Qəbələ" finala vəsiqə uğrunda “Qarabağ”la qarşılaşacaq. Ağdam klubu 1/4-də "Keşlə"ni (1:0, 6:0) mübarizədən kənarlaşdırıb.

Yarımfinalın digər cütündə isə "Zirə" ilə "Neftçi" üz-üzə gələcək. "Səbail"i ilk görüşdə 4:0 hesabıyla üstələyən Rəşad Sadıqovun komandası bu gün də qələbə qazanaraq (3:1) mərhələ adlayan tərəf olub. "Nefti" isə 1/4 finalda iki görüşün nəticəsinə görə "Sabah"dan (1:1, 3:1) üstün olub.

Qeyd edək ki, yarımfinal oyunları aprelin 20-də və 29-da baş tutacaq.

Azərbaycan Kuboku 1/2 final (20 aprel/29 aprel)

"Qəbələ" – "Qarabağ" “Zirə” - "Neftçi"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər