Azərbaycan kuboku: 3 komanda 1/4 finala yüksəldi

Azərbaycan kuboku: 3 komanda 1/4 finala yüksəldi

Bu gün futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Bakı İdman Sarayındakı ilk matçda Yüksək Liqanın iki təmsilçisi – EKOL ilə “Recor” düz-üzə gəlib. İlk hissədə rəqib qapısına 2 dəfə yol tapan EKOL mərhələ adlayan tərəf olub. Qış fasiləsində heyətini gücləndirən “Alyans Qrup” U-19-dan güclü olub.

“Forza Neftçi” – “Xilə” matçı isə başa çatmayıb. Belə ki, Birinci Liqanın lideri hesabda 12:2 öndə olan zaman “Xilə”nin qapıçısına tibbi yardım göstərilməsi üçün həkim meydana daxil olub və qaydalara görə qapıçı meydanı tərk edib. Yüksək Liqa təmsilçisinin ehtiyat qapıçısı olmadığına görə hakimlər matçı davam etdirməyib. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Günün son duelini isə Yüksək Liqa təmsilçisi qazanıb. “Baku Fire” “İSMA M.A Baku”dan güclü olub.

Azərbaycan kuboku, 1/8 final

19 fevral

EKOL – Record 2:0

Alyans Qrup – U-19 12:4

Forza Neftçi – Xilə 12:2 (oyun başa çatmayıb)

Baku Fire – İSMA. M.A. Baku 7:3

***

Mərhələnin qalan 4 oyunu sabah – fevralın 20-də keçiriləcək.

Advokat – Alyans (Lənkəran) Bakı İdman Sarayı. Saat 14:00

Baker Tilly – Araz-Naxçıvan Bakı İdman Sarayı. Saat 16:00

Bibi-Heybət – STAR kargo-2 Bakı İdman Sarayı. Saat 18:00

Neftçi İK – Atletiko Baku Bakı İdman Sarayı. Saat 20:00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər