Azarkeşlər prezidentə hücum etdi - FOTO

Azarkeşlər prezidentə hücum etdi - FOTO

Azarkeşlər klub prezidentinə hücum edib. Fanat.az xəbər verir ki, hadisə İspaniya "Kral Kuboku"nun "Rasinq" - "Almeriya" matçında baş verib.

1:1 hesabı ilə başa çatan qarşılaşmanın 59-cu dəqiqəsində "Rasinq" fanatları prezident Angel Lavinin oturduğu triunaya müxtəlif əşyalar atmağa başlayıb. Daha sonra isə üzü bağlı bir qrup meydana çıxıb və klub rəhbərinin oturduğu tribunaya hücum edib. Polislərin mühasiryə aldığı Angel Lavin arenadan çətinliklə çıxarılıb.

Azarkeşlərin sərt etirazına səbəb "Rasinq"in maliyyə böhranına düşməsi olub. Angel Lavinin futbolçuların və klub işçilərinin sentyabr ayından maaşlarını verməməsi fanatların belə hərəkət etməsiilə nəticələnib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər