Ali Gökdemir: "Nəyə qadir olduğumu göstərməliyəm"

Ali Gökdemir: "Nəyə qadir olduğumu göstərməliyəm"
"Baş məşqçinin mənə qış fasiləsindən sonra əsas heyətdə şans verəcəyinə inanıram. Toplanış ərəfəsində bu mövzuda söhbətimiz olub". Bu sözləri Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında açıqlamasında "Hannover 96"nın müdafiəçisi Ali Gökdemir deyib.
Tayfun Korkutun çalışdırdığı Bundesliqa təmsilçisinin sıralarında Antalyada təlim-məşq toplanışında olan millimizin üzvü yığmada möhkəmlənməyi qarşısına məqsəd qoyduğunu açıqlayıb: "Klubda müntəzəm oynayacağım halda, Berti Foqtsdan davamlı dəvət almaq şansımın artacağını bilirəm. Məqsədim millidə möhkəmlənməkdi. Yığmada həmişə böyük həvəslə oynamışam. İndiki durumda Tayfun hocanın etimadını qazanmaq üçün məşqlərdə nəyə qadir olduğumu göstərməliyəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər